Qısa ətək geyinirsiniz? – Qısa ətək geyinmək üçün ayaqlarınızın nazik və düz olduğunu söyləməyə gərək yoxdur. Ayaqlarınız qalındırsa, diqqəti başqa hissələrə yönəltmək daha doğru olar. Məsələn, bəyəndiyiniz ətək alt paltarını örtəcək qədər qısadırsa, Jizel Bundxen olsanız belə, çox diqqət çəkəcək. Bu zaman başqa dekoltənin olmamasına diqqət edin.
Midi ətek – Bədənə sıx oturan qələm ətəklə ehtiraslı qadın obrazı yarada bilərsiniz. Midi ətək modeli bu mövsüm olduqca iddialıdır. Ayaqların hamar və qüsursuz hissəsini göstərən ətəklər, qısa ətəklərdə özünü rahat hiss edənlər üçün əla alternativdir.
Maksi əteklər – Soyuq qış günlərində həm sizi donmağa qoymur, həm də uzun və incə göstərəcək. Uzun ətək modeli son zamanlarda dəbdə olduğu üçün sofistik və bohem bir görüntü qazandıracaq. Üstəlik gündüz düz, gecə isə hündürdaban ayaqqabı ilə geyinə bilərsiniz.
Publika.Az