Dörd sadə hərəkətin sayəsində siz bütün qərarlarınızı düzgün ala bilərsiniz. Və heç bir səhv etmədən arzuladığınız hər bir şeyə nail olacaqsınız. Sadəcə intuisiyanıza güvənməyiniz yetərlidir. Bunun üçün də altıncı hissinizi düzgün inkişaf etdirib və istiqamətləndirmək lazımdır. Bəs intuisiyanı necə inkişaf etdirmək olar? Biz sizə bəzi ipucları veririk.

İnstuisiya haqqında nələri bilməliyik?

Gündəlik beynimiz 60 000 fikir istehsal edir ki, onların 95%-i axşamdan, bir gün əvvəldən, hətta bir neçə il əvvəldən qalan fikirlərdir. Əslində bu fikirlərin çoxu “zibil”dir. İntuisiyanı inkişaf etdirməyin başlıca rolu əvvəlcə bu “zibil”lərdən azad olmaqdır.

Altıncı hissi inkişaf etdirmək üçün bəzi üsullar var. Bu üsulları intuisiyanın araşdırılması yönündə fenomen olan Jose Silva araşdırıb. Həmin üsullar sizə hisslərinizə əmin olmaq və düzgün qərarlar almaqda köməkçi olacaq.

Meditasiya

Altıncı hiss: İntuisiyanı inkişaf etdirməyin yolları

Gündəlik meditasiya təkcə intuisiyanı inkişaf etdirmək üçün deyil, həm də, o beyni keyfiyyətli informasiya almağa şövq edir. Ən sadə üsul: rahat yerdə oturmaq və kürəyi düz saxlamaqdır. Və istirahət edin, bütün narahatlıqlarınız bədəninizdən çıxsın. Sakitcə nəfəs alın, səssiz düşünün və ruhunuzun səsini dinləyin. Siz nə qədər çox meditasiya etsəniz, altıncı hissiniz də tez inkişaf edər. Bundan əlavə, meditasiya sizə bədəninizdən streslərinizi tez atmağa, öyrənməyə və yaradıcı hissinizi inkişaf etdirməyə də kömək edəcək.

Landşaftların vizualizasiyası

Vizual metod altıncı hissin yaradılması üçün böyük potensiala malikdir. Bunun üçün 3 addım var:

1. Gözlərinizi yumun və eyni sürətdə nəfəs alın. Özünüzü sanki sonsuz dünyada hiss edəcəksiniz.

2. Özünüzü rahat və təhlükəsiz hiss edəcəyiniz yer düşünün. Təsəvvür edin və heç nəyi diqqətdən qaçırmayın. Oranın qoxusu necədir? Səmada buludlar varmı? Ətraf mühit, dalğaların pıçıltısı, zərif külək haqqında düşünün… Siz bu mənzərənin heç bir detalını unutmamalısınız.

3. Dərindən nəfəs alın, gözlərinizi açın və reallığa qayıdın. Siz təkcə özünüzü yaxşı hiss etməyəcəksiniz, həm də, intuitiv qabiliyyətinizi yaxşılaşdıracaqsınız.

Yatmamışdan əvvəl şüuraltınızı istifadə edin

Belə bir deyim var: “Gecənin xeyirindənsə gündüzün şəri yaxşıdır”… Gün ərzində cavab tapmadığınız suallar haqqında gecə yatmamışdan əvvəl düşünün. Əsəbi, çətin və ya çıxılmaz vəziyyətlər haqqında təkrar-təkrar fikirləşin. Şüuraltınız sizə yaradıcı həll yolları tapmaqda kömək edəcək.

Fiqurların vizualizasiyası

Yuxarıda qeyd etmişdik ki, görünütün vizuallaşdırılması intuisiyanın inkişafı üçün vacib faktordur. Fiqurlar da, intuisiyanı inkişaf etdirməkdə vacib rol oynayır. Belə ki, həndəsi fiqurlar beyin yarımkürəsini yaradıcı tərəfdən təkmilləşdirir:

1. Özünüz üçün bir ağ vərəq və ya ekran təsəvvür edin.

2. Xəyalınızla həndəsi fiqurlar çəkin: kvadrat, dördbucaq, üçbucaq, dairə və s. Bir neçə dəqiqə fikrinizi bir fiqur üzərində cəmləşdirin, daha sonra isə digərlərinə keçib eyni qaydanı təkrar edin.

3. Fasilə verin. Sonra yenidən bir neçə fiqur düşünün. Məsələn, dairə içərisində üçbucaq.

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

Əvvəlki məqaləPendirin orqanizmə faydaları və zərərləri
Növbəti məqalədəBir həftədə çəki itirməyin 20 asan yolu