Aloe kimi təbii inqrediyentlər quru baş dərisinə nəmi və həyat gücünü qaytarır, odur ki, siz özünüzü yenidən rahat hiss edirsiniz.
HAMAR VƏ PARLAQ
Siz quru baş dərisinə zeytun və ya kokos yağı vasitəsilə tamamilə təbii yolla qulluq edə bilərsiniz. Bir neçə damcını baş dərisinə massaj edərək tətbiq edin və yumayın – bu, təbii yağların yerini doldurur, nəmləndirir və saçları qidalandırır. İntensiv qidalanma üçün yağı gecəboyu saxlayın.
Saçları rənglərəykən rəngin içərisinə kokos yağı əlavə etdikdə saçlarda quruluq əmələ gəlmir. Kokos yağı ilə bədəni massaj etdikfə dərinin elastikliyi artır, orqanizm sakitləşir, tonuslanır. Kokos yağı kosmetologiya sahəsində aşağıdakı təsirləri göstərir.
* dərini tonuslandırır, elastikliyini və möhkəmliliyini artırır
* dəridən asanlıqla sorulur və parıltı əmələ gətirmir
* akne və sızanaqların əmələ gəlməsinin qarşısını alır
* dərinin müdafiə qüvvəsini artırır
* dərinin regenerasiyasını sürətləndirir
* piqment ləkələrinin və dəri qocalmasının qarşısını alır
* dəri qıcıqlanmalarının qarşısını alır
* daban hissədə qurumuş dərinin yumşalmasına səbəb olur
* dərini ultrabənövşəyi şüalardan qoruyur
Kokos yağını saçlara sürtdükdə saçların uzanması sürətlənir, saçqıranlar aradan qalxır. Kokos yağından müxtəlif şampunların, sabunların, duş gellərinin, balzamların və s. hazırlanmasına istifadə edilir.
İKİQAT GÜC
Quru baş dərisi ilə mübarizənin daha bir təbii üsulu – gicitkan qarışığı və alma sirkəsinin 2:1 nisbətdə istifadəsi ilə massaj. Lakin diqqət inqrediyentlərin nisbətinə yetirin ki, sirkə baş dərisini qıcıqlandırmasın.