bitki çayları

Arpa çayı

Xərçəngə qarşı qoruyucudur.
Temperaturu aşağı salır.
Boğaz ağrısını aradan qaldırır.
Astma xəstəliyini yüngülləşdirir.
Bronxitin müalicəsində köməkçidir.
Sidikqovucudur.
Mədə problemlərinin qarşısını alır.
Ürək sağlamlığını qoruyur.
 

Adaçayı

Ağız yaralarını müalicə etmək üçün istifadə edilir.
Diş əti iltihabına qarşı əvəzedilməzdir.
Qarqara olaraq bütün ağız yaralarında faydalıdır.
Bronxit və astma riskini azaldır.
Qanda şəkərin miqdarını aşağı salır.
Həddən artıq tərləməyə qarşı əla vasitədir.
Zərərli toksinləri bədəndən çıxarır.
Sakitləşdirici təsir edir və stressi azaldır.

Bibəriyə çayı

Qan dövranını sürətləndirir.
Həzm pozğunluğu və qəbzlikdə faydalıdır.
Konsentrasiyanı artırır.
Baş ağrısını azaldır.
Stressi aradan qaldırır.
Toksinləri bədəndən çıxarır.
Bağırsaq sisteemini qüvvətləndirir.

Böyürtkən çayı

Xərçəng xəstəliyinə qarşı qoruyucudur.
 Ürəyin dostudur.
Varikoz müalicəsində istifadə edilir.
İshala qarşı əvəzsizdir.
Babasil xəstəliyinə yaxşı təsir edir.
İmmunitet sistemini qüvvətləndirir.
Boğaz ağrısını sağaldır.
Antioksiidant xüsusiyyəti vardır.

Reyhan çayı

Orqanizmi canlandırıcı təsiri vardır.
İshalı kəsir.
Mədə xorasına qarşı istifadə edilir.
Yuxusuzluq problemlərinə qarşı əla vasitədir.
Həzm problemlərinə yaxşı təsir edir.
Mədə ağrısını kəsir.
Ağızın selikli qişasındakı yaraların müalicəsində istifadə olunur.
Antioksidant təsiri vardır.

Funda (süpürgəotu) çayı

Böyrəkləri təmizləyir.
Öskürəyi kəsir.
Revmatizmaya qarşı əla vasitədir.
Protat vəzi problemlərində istifadə edilir.
 Həzm sistemi problemlərində işlədilir.
Rahatlaşdırıcı xüsusiyyəti vardır.
Yuxu gətirir.
Sidik yollarının xəstəliklərində istifadə olunur.
Bağırsaq xəstəlikləri müalicəsində köməkçi vasitə olaraq istifadə edilir.
 

 Cökə çayı

Qripə və zökəmə qarşı yaxşı təsiri vardır.
Öskürəyə yaxşı təsir edir. Boğaz ağrısını sağaldır.
Qızdırmasalıcıdır.
Həzm sisteminin yaxşı işləməsini təmin edir.
Həzmsizliyə yaxşı təsir edir.
Sakitlədirici təsir göstərir.
Miqren ağrılarını yüngülləşdirici xüsusiyyəti vardır.

Mixək çayı

 Diş ağrısını azaldır.
Qan dövranını sürətləndirir.
Antibakterialdır.
Mədə bulanmasını azaldıcı təsiri vardır.
Şişləri alır, rahatlaşdırır.
Diş əti xəstəliklərində təsirlidir.
Həzmi sürətləndirir.
Həzm sistemində əmələ gələ biləcək xərçəng növlərindən qoruyur.

Kəklikotu şayı

Boğaz ağrısını sağaldır.
Diş əti xəstəliklərində və ağız içi yaralarında təsirlidir.
Soyuqdəyəməyə qarşı əvəzsizdir.
Həzm pozğunluğuna və şişlərə yaxşı təsir edir.
Stresi azaldır, saktləşdiricidir.
Bol mineral deposudur.
Revmatizmaya qarşı təsirlidir.
Baş ağrısını kəsir.

İtburnu çayı

Sidik yolları xəstəliklərinə qarşı qoruyur.
Şəkərli diabetə qarşı əvəzsizdir.
Soyuqdəyməyə qarşı təsirli vasitədir.
Qan təzyiqini nizamlayıcı təsiri vardır.
Dəriyə gözəllik və parlaqlıq verir.
Revmatizmaya qarşı faydalıdır.
Soyuqdəyməni orqanizmdən çıxarır.
Xolestorolu aşağı salır.

Lavanda çayı

Psixoloji problemləri aradan qaldırıcı təsiri vardır.
Stresi, narahatlığı,depressiyanı azaldıcı təsiri vardır.
Ağızdan gələn xoşagəlməz iyləri aradan qaldırır.
Soyuqluğu orqanimdən çıxarır.
Astmaya qarşı faydalıdır.
Qızdırmasalıcıdır.
Həzm sistemi problemlərinə qarşı işlədilir.
Toksinlərin orqanizmdə azalmasına və xaric edilməsinə kömək edir.

Limon çayı

Soyuqdəyməyə qarşı əvəzsizdir.
C vitamini deposudur.
Qrip və zökəm xəstəliklərinin rahat keçməsinə köməkçidir.
Toksinləri orqanizmdən təmizləmədə birə-birdir.
İmmunitet sisteminin güclənməsində əvəzsizdir.
Mədə bulanmasını kəsir.
Üz dərisini gözəlləşdirir.
Çox gözəl antioksidantdır.

Melisa (ballı nanə) çayı

Yuxu problemlərinin qarşısını alır.
Stresi azaldır.
Mədəni rahatlaşdırır.
Qazqovucudur və köpmə əleyhinə təsiri var.
Həzm sistemi problemlərini aradan qaldırır.
Ürək spazmasına qarşı məsləhətlidir.
Ümumi sakitləşdırıcı təsir edir.
Xroniki sidik yolları infeksiyalarına qarşı olduqca təsirlidir.

Nanə çayı

Astma və soyuqdəyməyə qarşı təsirlidir.
Stresi azaldır, sakitləşdirir.
Mədə bulanmasa yaxşı təsir edir.
Boğaz qurumasına qarşı əvəzsizdir.
C vitamini və Omeqa 3-lə zəngindir.
Sakitləşdiricidir.
Antioksidant təsiri olduğundan detoks təsiri də edir.
Ağız qoxusunu alır, nəfəsi təravətləndirir.

Çobanyastığı çayı

Uşaqlıq orqanları və aybaşı sancılarını azaldır.
İmmunitet sistemini gücləndirir.
Ağız və diş iltihabına qarşı istifadə edilir.
Stresi azaldır, əsəbləri saktiləşdirici təsir edir.
Boğaz ağrısına qarşı əla vasitədir.
Revmatizmanı yüngülləşdirir.
Allaergiyanı azaldır.

 Yaşıl çay

Metabolizmanı sürətləndirir.
Artıq çəkilərdən xilas olmaqda əvəzedilməzdir.
Diş çürüməsinə mane olur.
Ürək xəstəliklərinə qarşı qoruyur.
Antioksidant xüsusiyyəti vardır.
Xərçəng xəstəliyinə qarşı faydalıdır.
Qan təzyiqini nizamlayır.
Yaddaşsızlığa qarşı təsirlidir.
Əvvəlki məqaləBədən uyğunsuzluğu- İdeal münasibətlərin siri
Növbəti məqalədəTəbii üsularlla gözəllik maskası