gözəllik

Pivə maskası.
Qadınların üzdə qırışların qarşısını almaq üçün istifadə etdikləri kremlər əslində dərini tez qocaldırmış. Bunu rusiyalı alimlər müəyyən ediblər. 500-dən artıq belə kremi testdən keçirən mütəxəssislər müəyyən edib ki, onların tərkibindəki aktiv komponentlər əksər hallarda normanı bir neçə dəfə üstələyir. Bu da dərinin təravətini itirməsi prosesini düz 11% sürətləndirir. Amma təbii buğdadan hazırlanmış pivə əks effekt verir. Yəni cildin bir neçə yaş cavan görünməsinə kömək edir. Tərkibində olan pivə mayası və vitamin B, aminkislot, cürbəcür ferment və mineral maddələr sayəsində pivə üzün və bədənin dərisinə təsir edərək təmizləyir, nəmləndirir və cavanlaşdırır.

Pivə tərkibli maskalar və lasyonlar qırışların əmələ gəlməsinin qarşısını alır. Keçmişdə qadınlar üzlərini və sinələrini pivə köpüyü ilə silirdilər. Bu proseduradan sonra dəri son dərəcə incə olurdu. Pivəni təmiz halda losyon əvəzi istifadə etmək, ya da onun əsasında müxtəlif maskalar hazırlamaq mümkündür.

  • Əgər dəriniz yağlıdısa, stəkanın 1/3 hissəsinə pivə töküb üzərinə yarım limonun suyunu sıxın və 1 çay qaşığı bal qarşıdırın. Alınan qarışığı üzünüzə çəkin, 10 dəqiqə saxlayın sonra isti su ilə yuyun.
  • Yox əgər dəriniz qurudusa, 2 xörək qaşığı pivə, 1 çay qaşığı zeytun yağı və 1 xörək qaşığı balı qarışdırıb pambıqla üzə sürtün və dərinizə hopanacan saxlayın. Sonra üzü sərin su ilə yuyun.

Qarışıq dərilər üçün pivə maskası ilə belədir: bir xiyarı sürtgəcdən keçirin, sonra onu 1 yumurtanın ağı və stəkanın 1/3 hissəsi qədər pivə ilə qarışdırın. Bu qarışığı üzünüzə çəkəndən sonra 10-15 dəqiqə saxlayın. Maska üzünüzdən axmasın deyə tənziflə örtə də bilərsiniz.


Daha bir maska isə cavanlaşdırıcı təsir bağışlayır. Bişməmiş kartofu sürtgəcin xırda gözündən keçirin, 3 xörək qaşığı pivə və bir yumurta sarısını əlavə edin. Maskanı 10-15 dəqiqə saxlayın, sonra isə ilıq su ilə yuyun.

Pivədən tək maskalar yox, həm də təmizləyici lasyon- toniklər hazırlamaq olar. Belə lasyonları 3-4 gün soyuducuda saxlamaq olar. Bu lasyonlarla üzünüzü təmizlədikdən sonra dərinizin tamamilə qurumasına imkan verin. Sonra üzü sərin su ilə yuyun. Bu proseduru səhər-axşam təkrar edin.
 

Yağlı və qarışıq dəri üçün lasyon hazırlamaqdan ötrü : bir ovuc təzə, ya da quru nanəni qaynanmış su olan stəkana tökün və yarım saat dəmləyin. Sonra süzgəcdən keçirin və 1 stəkan pivəyə əlavə edin.

Təravətini itirmiş dəri üçün lasyonlar isə belə hazırlanır: 1 ovuc təzə ya da qurumuş gülün ləçəklərini bir stəkan pivəyə əlavə edin. Soyuducuda 5-6 gün saxlayın sonra süzgəcdən keçirin.
Pivədən həm də baş dərisinin müalicəsi, kəpəkdən qurtulma, saçların bərkidilməsi üçün də istifadə olunur.


Hər halda gözəlliyiniz öz əlinizdədir. Gözəlliyiniz pivə köpüyü qədər qısa olmasın.

Əvvəlki məqaləSkrab nədir?
Növbəti məqalədəDodaq boyasının yaratdığı problemlər