gözəllik

Yağlı yeməklər, fast-food, şirniyyatlar və ya hazır məhsullar dəriyə pis təsir göstərir, sızanaqların çoxalmasına səbəb olur.

Probiotiklər

Probiyotikler

Dərini iltihablardan təmizləyən, stress əlamətlərini azaldan, faydalı bakteriyalar baxımından zəngin probiotiklər sızanaq və qara nöqtələr yaranmasını əngəlləyir. Odur ki, gözəllik pəhrizinə tərkibində pribiotik olan qatıq, kefir, miso şorbası, kimçi və qara şokolad əlavə edin.

Yaşıl şay

Gözəllik pəhrizi: Sızanaqlara qarşı 5 FAYDALI QİDA

Təbii antioksidantlar baxımından zəngin olan yaşıl çay dərini və metabolizmi təmizləyir, ekoloji təsirlərin pis nəticələrini azaldır.

Təzə içkilər

Taze İçecekler

Meyvə və tərəvəzlər sızanaqları dəridən təmizləməyə kömək edir. Beta-karoten baxımından zəngin meyvə-tərəvəzlər və göyərtilərdən hazırlanan təzə və təbii içkilər dərini həm ehtiyacı olduğu vitaminlərlə təmin edəcək, həm dərini təmizləyəcək, həm də cildin yağ nisbətini normaya salacaq.

Balıq

Gözəllik pəhrizi: Sızanaqlara qarşı 5 FAYDALI QİDA

Omeqa-3-lə zəngin olan balıqlar da dərini iltihablardan təmizləmək üçün çox faydalıdır. Xüsusilə qızıl balıq həm dərinin yaşlanma prosesini ləngidir, həm də saçların sürətlə uzanmasını təmin edir.

Qırmızı və qara meşə giləmeyvələri

Kırmızı Orman Meyveleri

Qarağat, böyürtkən kimi meşə giləmeyvələri anti-oksidantlarla boldur. Bu meyvələr bədənə gümrahlıq hissi və enerji verir. Bu meyvələrdən hazırlanan smuzi və kokteylər dəriyə müalicəvi effekt göstərir.

Əvvəlki məqaləQara nöqtələri təmizləyən ƏN UCUZ vasitə
Növbəti məqalədəMakiyajda hansı rənglər qadını cavan göstərir?