Gözəl saçlar qadına xüsusi yaraşıq verir.
Evdə heç bir çətinlik çəkmədən saçlarınızın qayğısına qala bilərsiz.Bunun üçün:
** Gicitkənin saçlarınız üçün nə qədər faydalı olduğunu bilirsinizmi?
Bitki nə qədər təzə olarsa, təsiri bir o qədər güclü olur.
Gicitkən saçları canlandırır, tökülməsini əngəlləyir. Saçları sıxlaşdırır və kəpəklənmənin qarşısını alır.
Gicitkən otunu dəmləmək lazımdır. Və ya 0, 5 litr qaynayan suya 5 paket gicitkən otu çayını əlavə edin. Qabın ağzını bağlayıb, 5-10 dəqiqə dəmləyin və soyudun. Bu dəmləmə ilə yuyulmuş saçlarınızın dibini yüngül massaj edin, massajla saç dibləri güclənəcək, tökülməsi əngəllənəcək və kəpəyin qarşısı alınacaq.
Bu qarışıqla dərinizi də yuya bilərsiniz.
** Yağlı dəri üçün yumurta ağına çobanyastığı dəmləməsi, maya və yaxud quru xardal əlavə edərək, bir neçə canlandırıcı vasitə ala bilərsiniz. Bu maskaları saça çəkib, quruduqdan sonra yumaq lazımdır.
** Quru saçları isti su ilə qarışdırılmış gənəgərçək və badam yağı ilə maska etmək olar. Maskanı saçınıza çəkdikdən sonra dəsmalla sarıyın, 1 saatdan sonra isə yuyun.
** Sürtgəcdən keçirilmiş bir xörək qaşığı çiy soğana 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı bal və 1 yumurta sarısı əlavə edib yaxşı qarışdırın. Alınmış qarışığı saçların dibinə çəkib başınızı yaylıqla bağlayın. 1-2 saatdan sonra yuyun. Bu saçları canlandırır, onların tökülməsinin qarşısını alır.
** 30 q quru xırdalanmış çobanyastığı çiçəyi üzərinə 100 qr qaynar su əlavə edib 30-40 dəq saxlayın. Süzüb 1 desert qaşığı bal əlavə edin. Alınan məhlulla saçların dibini isladın. Məhlulu təmiz saçlara çəkmək məsləhətdir. Yarım saatdan sonra ilıq su ilə yuyun. Quru saçlarda 10-12 gündən bir, yağlı saçlarda 6-7 gündən bir təkrarlanır.
Mənbə: qadinkimi.com