Pandemiya dövründə idman zallarının bağlı qalması, günəş vannası qəbul etməmək və buna görə D vitamini çatışmazlığı artıq çəki almağımıza səbəb olub. Eyni zamanda çəkini itirmək xeyli çətinləşib.
Hər gün müəyyən hərəkətlər etməklə kalori yandırmaq çətin deyil.
Əsas tənbəlliyin daşını atıb, qaydalara əməl etməkdir:
1) Gündə 15 dəqiqə rəqs edin.
2) Yaxınlıqdakı mağazaya piyada gedin.
3) 30 dəfə atılıb-düşün.
4) Eyvana çıxıb, 30 dəqiqə idman edin. İstədiyiniz hərəkəti edə bilərsiniz.
5) Bir limonun qabığını sürtgəcdən keçirdib, üzərinə su töküb, gündə 2 dəfə için.
6) Uzanıb, ayaqlarınızı yuxarı qaldırıb, divara söykəyin və 20 dəqiqə bu vəziyyətdə dayanın.