Böyrək daşı xəstəliyi hamiləlik üçün əks gostəriş deyil.
Hamiləlik zamanı sidiyin tərkibində kristalların cökməsinin qarşısını
alan kolloid maddələrinin artdıgına görə böyrəkdaşı əmələ gələ
bilməz. Lakin latent keçən böyrəkdaşı xəstəliyin əlamətləri kəskinləşə
bilər.
Hamiləlik zamanı böyrək daşının sidik axarına dusmək imkanı artır. Çunki
progesteron hormonunun təsiri altında sidik axarları genişlənir,
tonusdan duşur.
Böyrək daşının klinik əlamətləri böyrək kolikası, hematuriya,
piuriya, böyrək nahiyyəsində kut agrılar, sidikdə daşdır. Hamilələrdə
adətən böyrək kolikası az hallarda rast gəlinir, əsasən hematuriya və
piuriya əlamətləri rast gəlinir. Böyrək kolikasi əsasən hamiləliyin ilk 4
ayında və soununcu 4 həftəsində muşahidə olunur. Hamiləlik sonundakı
böyrək kolikasi doğus agrılarını simulyasiya edə bilər. Sidik kisəsində daş, qadınlarda az təsadüf olunur.
Amma bu özünü hematuriya, sidik sütunun pozulması, sidik ifrazı zamanı
agrılarla biruzə verir.
Böyrək daşı olan hamilələr pəhriz saxlamalıdır. Pəhriz böyrək daşının növündən asılı olaraq muxtəlif olur.
Bu pəhrizlər adi böyrək daşı olan insanların pəhrizindən fərqlənmir və
dolə, yaxud anaya zərər yetirmir. Lakin kalsium daşları zamanı təyin olunan
pəhriz dolə və anaya zərər yetirdiyinə görə hamiləlik zamanı təyin
edilməməlidir.
Urat daşlarında pəhriz
Ət və ət məhsullarının qəbulunun azaldılması (həftədə iki dəfə)
Sud və sud məhsullarının, meyvə -tərəvəz qəbulunun artırılması
Maye qəbulunun artırılması (2 l. sutkada)
Lobya, qoz-fındıq, kakao, şokolad qəbulunun azaldılması
Oksalat daşlarında pəhriz
Qəbulu dayandırılmalıdır
Ət və ət məhsulları
Alma
Paxla
Qoz -fındıq
Qara çay
Pomidor
kakao
Kartof
Qəbul olunmalıdır
Armud
Ərik
Heyva
Qarpız
İtburnu dəmləməsi
Kalsium və fosfor daşları uçun olan pəhriz hamilələr uçun qəbul olunmazdır.
Böyrək daşı olan hamilələr gundə 3-4 dəfə 5-7 dəqiqə diz-dirsək
pozasında dursa bu urodinamikanı normallaşdırar və durğunluğu
aradan qaldırar.Əgər problem bir böyrəkdədirsə sağlam böyrək tərəfə uzanmaq məsləhətdir.
Böyrək kolikası adı insanlarda tətbiq olunan dərmanlarla aradan
qaldırılır. Lakin atropinin təyini məsləhət görülmür. Adi insanlarda
tətbiq olunan isitqac hamilələrdə tətbiq olunmamalıdır. Bu vasitələr
kömək etmədikdə qaşıq nahiyyəsində uşaqlığın girdə bağını novokain
blokadaşı etmək olar.
Yuxarı sidik yollarında ilişib qalmış daşlar böyrək çatmazlığına səbəb
ola bilərlər. Əgər daş urodinamikanı pozursa stent qoyulması
məsləhətdir.
Əgər yuxarıdakı vasitələrin heç biri kömək etmirsə, ananın sağlamlığı ustun tutulmalıdır.
Əgər daş yuxarı sidik yollarındadırsa ilkin trimestrdə hamiləik pozulmalı və qadın əməliyyat edilməlidir.
Əgər son aylardadırsa hamiləlik operativ yolla həll edilməli və sonra uroloji əməliyyat yerinə yetirilməlidir.
Əgər daş asağı sidik yollarındadırsa – məsələn sidik axarının canaq
nahiyyəsindədirsə nefrostoma qoyula bilər. Daha asağıda olduqda onu
vaginal yolla da xaric etmək olar.