sağlamlıq

Göz bəbəklərinin ölçüsünə əsasən ürək çatışmazlığı olan xəstələrin ölüm tezliyini müəyyən etmək mümkündür.

Bu barədə Yaponiyadakı Kitasato Universiteti Xəstəxanasının həkimləri məlumat verib. Onlar qeyd edib ki, göz bəbəklərinin kiçilməsi riskin yüksək olduğunu bildirir.

Mütəxəssislər iki il ərzində 870 xəstəni təqib edib. Araşdırma nəticəsində məlum olub ki, göz bəbəklərinin ölçüsü kiçik olan ürək xəstələri böyük göz bəbəkləri olanlardan iki dəfə çox ölüb. Bundan əlavə, kiçik göz bəbəkləri olan xəstələrin 50 faizi ürək problemlərinə görə yenidən xəstəxanaya yerləşdirilib, halbuki göz bəbəklərinin ölçüsü böyük olan insanların sadəcə 28 faizi yenidən həkimlərin köməyinə ehtiyac duyub.

“Müşahidələr göstərib ki, göz bəbəyinin ölçüsü ürək çatışmazlığı olan xəstələrin vəziyyətini qiymətləndirmək üçün qeyri-invaziv üsul ola bilər”, – alimlər sonda qeyd edib.

Əvvəlki məqaləKoronavirus xəstələri hansı vitaminləri qəbul etməlidir? – Kardioloq TÖVSİYƏSİ
Növbəti məqalədəSoyuqdəymə zamanı bunları YEMƏYİN