Kişilər əslində qadınları lap əla anlayırlar, amma anlamamış kimi görünmək onlara sərf edir. Anlayanlar da, başlarına iş almış olurlar. Çünki o zaman məsuliyyət yüklənərlər, istəniləni, deyiləni etmək məcburiyyətində qalarlar.
Qadınlar isə, ya üzünü turşudar, ya çox danışarkən birdən susqunlaşar. Ya hər şeyə qarşı istəksiz davranar. Ya da dayandıq yerdə gözləri yaşayarar, ağlamağa başlayar..
Qadın; qarşısındakı kişi bu davranışlarının səbəbini kəşf etsin, beləliklə də nə demək istədiyini anlasın istəyər..
Bunlar da ümumiyyətlə “bir neçə başlıq” altında toplana bilər: “Səyahətə çıxaq. Əşyaların bəzilərini yeniləyək. Alışverişə gedək. Futbol seyr etməyə bir az ara ver nə olar. Mənə bir az vaxt ayır nə olar”
Amma ya kişilər??? Anla anlaya bilsən! Tapmaca kimidirlər..
Çünki onlar bir şey söyləyərkən, əslində o cümlənin təməlində tam fərqli bir məna yatır.
Məsələn; Qadın evi təmizləmək üçün özünü pərişan edirsə, əlində toz dəsmalı, bir o yana bir bu yana qaçarkən, tozsoranla oranı buranı təmizləyirsə kişini canından bezdirə bilər. Və “Sevgilim, saatlardır evi təmizləyəcəm deyə, özünü çox yordun, istirahət et bir az.” kimi şeylər söyləyirsə, əslində; “Kəs artıq bu tozsoranın səsini! Seyr etdiyim filmi burnumdan gətirdin” demək istədiyindən əmin ola bilərsiniz =)..
Siz izah edərsiniz, edərsiniz… O da dinləyirmiş kimi görünər. Elə göründüyünün düşünülməsi üçün də, periodik olaraq; “Çox maraqlıdı sevgilim… Bəli… Hmmm…Əla…” kimi bir şeylər gəvəliyirsə, “Offf! Hələ danışassan?!”
deyə içindən keçirtdiyini bilin =)..
Siz izah edərkən, bir tərəfdən də “Elədi mi?… Anladın mı?” kimi suallar verdiyinizdə… “O” da; “Təbii ki sevgilim… Anlayıram həyatım…” deyə cavablar versə, bu; “İzah etdiyin şey haqqında heç bir fikirim yoxdu. Ümid edirəm dinləyirmiş kimi görsənməyimin fərqində deyilsən.” deməkdir..
“Sevgiliiiimmm… kömək etməyimi istəyirsən?” deyirsə bilin ki, bunun səbəbi
elə kömək etmək istəyi deyil, qarınının acmış olması və yeməyin niyə hələ hazır olmadığını mədəni dillə sizə çatdırır deməkdir =) Çünki zamanında hazırlanmış bir süfrə, Kişinin xoşbəxtlik qaynağıdır. Məlum kişinin ürəyinə gedən yol da, mədəsindən keçməkdədir =)
Qapı döydü, açdınız. Qarşınızda; gəlməsi lazım olan saatı çoxdaaan keçirmiş olan “O”! Əlində də bir dəstə gül… Sizi qucaqlayıb “Bütün günü dəli kimi işləmişəm, amma ağılımda həmişə sən var idin. Bu güllər sənin üçündü sevgilim…” deyirsə, o dəqiqə elə saf-saf “Ayyy nə şirinnn”… İşinin arasında belə məni düşünürmüş,
güllər alıb” deyə sevinməyin..
“Başqa bir İŞ’ə” görə gec gəlmiş, bunu ört basdır etmək üçün də, gül buketi alıb gətirmiş ola bilər =)
Bir yerə gedərkən, ya da təzə bir paltar alarkən müxtəlif geyimləri geyərək “Ona” göstərib “Bumu? Yoxsa bumu? Buna nə deyirsən?” dediyinizdə, “O” sizə;
“Bu geyimdə möhtəşəm oldun canım.” tərzində bir şeylər deyirsə.
“Bəsdi day! Bu göstərəcəyin son paltar olsun! Əsəbimdən patladımmm!!!”
deyə içindən keçirir məncə böyük ehtimalla..
Ümumiyyətlə kişilərin canı çox şirindir. Bir yerləri cızılsa, kəsilsə, qanasa,”Ondan” əvvəl dərhal siz həyəcanlanıb spirt, yod, pambıq, gətirmək üçün qaçarsınız.
Amma “O” sakit görünər. Hətta; “Dərd deyil sevgilim, kiçik bir kəsikdi sadəcə…” deyə bilər amma bilin ki, canı ağrıyır amma öləcəyini bilsə, canının ağrıdığını əsla sizə bildirməyəcək..
Bir yerə gedirsiniz amma gedəcəyiniz ünvanı siz bilmirsiniz “O” sizə; “Narahat olma mən bilirəm.” deyir. Dərhal üz ifadəsinə baxın. Gözləri qərarsız və narahat bir şəkildə ətrafa baxırsa, bilin ki içindən belə deyir: “Hardayıq görəsən?! Deyəsən azdıq! Birinnən soruşsam yanımdakının yanında pazor olcam! Nə edəcəm indi mən?!”…