pomidor

Pomidorun faydaları haqqında bilmədikləriniz
Pomidor haqqında.
Pomidor avropaya ilk dəfə  16-ci əsrdə məlum olub.Bu tərəvəzi insanlar Cənubi Afrikadan gətiriblər.O,zaman pomidoru “Peru almasıⅦ adlandırırdılar.Hətta ona “Məhəbbət alması” da deyilməsi məlumdur.O,zamanlar pomidor zəhərli hesab olunduğu üçün dekorativ bitki kimi yetişdirilirdi.Pomidorun yeməli olduğunun aşkar edilməsi tarixi də maraqlıdır.Məhəbbətinə cavab verilmədiyi üçün bir gənc öz həyatına son qoymaq qərarına gəlir.Zəhər qismində isə pomidordan istifadə edir.Lakin o,məqsədinə nail ola bilmir,hətta nasazlıq da hiss etmir.Bu hadisə ilə qısa tanışlıq maraqlı olduğu kimi,pomidorun faydasını bilmək də maraqlıdır.Niyə pomidor yeyende insan özünü xoşbəxt hiss edir?
Cavab:
Çünki,onun tərkibindəki serotonin “xoşbəxtlik hormonu”adlandirırlar.Məhz onun sayəsində insanın əhval-ruhiyyəsi qalxır,sinir sisteminin fəaliyyətini tənzimlənir,stress zamanı isə antidepressant kimi təsir göstərir.
 
Pomidor haqqında bilməli olduğumuz 10 məlumat.
 
1.Bu tərəvəzin qiymətliliyi onun az kaloriliyindədir.Belə ki,hər 100 qramında 22 kk enerjisi var.buna görə də bədən formanıza mənfi təsir etməsindən qorxmayın.Yalnız qırmızı rəngli meyvə və tərəvəzlərə qarşı alergiyasz olduğu halda onun qəbul edilməsi dayandırıla bilər.
 
2.Pomidor kosmetik vasitə kimi də köməyə gəlir.Belə ki,bu tərəvəz dərini cavanlaşmasında mühüm rol oynayır.
 
3.Pomidor A,B,B2 B6,C,E,K,PP,beta keratin kim vitaminlərlə yanaşı,kalium,kalsium,sink,fosfor,maqnezium və dəmirlə zəngindir.
 
4.İsti emal olunduqda belə,pomidor faydalı xüsusiyyətlərini itirmir,yəni pomidoru tomat,ketçup,konserv halında da rahat-rahat yeyə bilərsiniz.
 
5.Pomidora qırmızı rəng verən likopen adlı antioksidant xərçəng xəstəliklərində əvəzolunmaz vasitədir.O,həm də beynin işini yaxşılaşdırır.Bu antioksidantın sutkalıq miqdarını əldə etmək üçün 0.5 kq.pomidor yemək kifayətdir.
 
6.Pomidor şirəsi mədə şirəsinin istehsalına təsir göstərir,ürəyin işini yaxşılaşdırır. 1 st. pomidor şirəsi içməklə orqanizmi sutkalıq tələb olunan A və C vitaminləri ilə təmin etmək olar.
 
7.Pomidorun tərkibində limon və alma turşusu maddələr mübadiləsi və iştahanın artırılması üçün faydalıdır.
 
8.Pomidor orqanizmi günəş şüalarının mənfi təsirindən qoruyur. 
 
9.Bu tərəvəz göz üçün də çox faydalıdır.
 
10.Kimyəvi tərkibinə görə aspirinni xatırladan pomidor tromb əmələgəlməsinin qarşısını 72%alır,ürək-damar sisteminin işinə müsbət təsir göstərir.
 
Əvvəlki məqaləQadın cinsiyyət sistemi haqqında məlumat
Növbəti məqalədəEstetik əməliyyatların fəsadları