pəhriz

Bir çoxları yalnız qarın bölgəsinin kökəldiyini və pəhriz saxlasa belə, bu bölgədəki yağlardan xilas ola bilmədiyini deyir. 

AzadQadın.az bu problemi nəzərə alaraq, qarın bölgəsindəki piylərdən narahat olanlar üçün möcüzəvi qidaları araşdırıb. 

1.Paxlalı bitkilər 

Paxlalı bitkilərin tərkibində, demək olar ki, yağ yoxdur. Zülal, lif və kalium anbarı olduqlarından insanı tox saxlayır. Həmçinin, həzm sistemi üçün faydalıdır. 

2. Yaşıl çay və rozmarin 

Bir insanın hər gün 2000 kaloriyə ehtiyacı olur. Ancaq çox vaxt bu həddi aşaraq daha çox kalori alırıq. Həmin kalorilərin orqanizmdə toplanaraq artıq çəkiyə səbəb olmaması üçün rozmarin və yaşıl çaydan faydalana bilərsiniz. Gündə 2 stəkan rozmarin çayı gün ərzində 100 kalori xərcləməyinizə səbəb olacaq. Eyni miqdarda yaşıl çay isə 150 kalori yandırır. 

3. Yumurta 

Yumurtanın ağı zülal baxımından zəngindir. Buna görə də, iştahanı kəsir, tez-tez acmağın qarşısını alır. Sidik qovucu olduğu üçün şişkinliyi azaldır. 

4. Zeytun yağı 

Tərkibindəki omeqa-3 yağ turşuları kalorilərin xərclənməsinə kömək edir. Gündə bir dəfə salatlara bir xörək qaşığı zeytun yağı tökərək qarın bölgəsində toplanan piyləri yandıra bilərsiniz. 

5. Üzüm 

Ürəyiniz şirniyyat istəyəndə kalori anbarı olan keks, tort kimi alternativlərin əvəzinə üzüm yeyin. Çünki üzüm bədənin şirniyyata olan tələbatını ödəsə də, tərkibindəki şəkər kökəlməyə səbəb olmur. 

6. Limon şirəsi 

Qarın bölgəsindəki yağları əritməyin bir üsulu da limon şirəsindən istifadə etməkdir. Bir stəkan suya, yarım limonunun şirəsini əlavə edib için. 

7. Qarpız 

Qarpızın 90 faizi sudur. Buna baxmayaraq, insanı tox saxlayır. Yay aylarında öyünlərdə, sadəcə, qarpız yemək olar. Kalium baxımından zəngin olan bu meyvə həzmə kömək edir. 

8. Banan 

Banan digər meyvələrdən daha yüksək kaloriyə malik olsa da, pəhrizlərin vazkeçilməzidir. Bunun səbəbi onunla eyni kaloridə olan digər qidalarla nisbətdə insanı uzun müddət tox saxlamasıdır. Qəlyanaltı zamanı bir ədəd banan yeyə bilərsiniz. 
Əvvəlki məqaləHamiləlik və böyrəkdaşı xəstəliyi
Növbəti məqalədəPendirin zərərləri və düzgün yeyilmə qaydası