gözəllik

Qaşlarımızın bizə nə üçün verildiyi ilə bağlı çox az düşünürük. Məsələn, burnumuzun, gözlərimizin funksiyaları bizə məlumdur. Bəs qaşlarımız?

Qaşlarımızın estetik və fizioloji funksiyaları var. İnsana estetik gözəllik verən qaşların əsas fizioloji funksiyası gözlərimizi alnımızdan axan tər, yağış damlalarından qorumaqdır.

Fərqli dövrlərdə müxtəlif ölkələrdə qaşa olan münasibət də dəyişib.

Məsələn, renessans dövründə qaşın olması heç gözəl sayılmırdı və insanlar qaşlarını tamamilə alırdılar.

Qədim Misirdə də qaşlar tamamilə alınırdı, yerinəsə gicgaha qədər çatan süni qaş çəkilirdi.

Qədim asiyalılar qalın qaşları olanlara qibtə edir, qaşlarını hörə bilənləri isə bəxtəvər sayırdılar.

Qədim Çində qadınlar çatmaqaş arzulayır və belə qaşları ilahi gözəllik sayırdılar.

Bir çox fizionomlar qaşların da ən az gözlər qədər əhəmiyyətli olduğunu və qaşlara uyğun olaraq insanın xarakterini müəyyənləşdirməyin mümkün olduğunu deyirlər. Məsələn, texniki elmlərə meyilli insanların qaşları düz xətt şəklində, yaradıcı insanların qaşları isə əyri olur.

Əvvəlki məqaləYaş saçlarla yatmaq hansı fəsadlara yol açır
Növbəti məqalədəAncelina Colini arıqladan çay