Üzərlik otu qədim zamanlardan bəri insanların həm fiziki, həm də ruhi problemlərinin müalicəsində istifadə olunan möcüzəvi bitkidir. Dövrümüzdə daha tez-tez istifadə edilən üzərlik başda tənəffüs yolu xəstəlikləri olmaqla, bir çox narahatlıqların müalicəsində üstünlük verilir.
Üzərliyin orqanizmə faydaları
– Metabolizmin işini sürətləndirir, bağırsaqların sağlam işini təmin edir. Bağırsaqlarda bakteriya və qurdların yaranmasının qarşısını alır.
– Yaz aylarında qrip və soyuqdəymənin müalicəsində fayda verir. Boğaz aörısı və infeksiyasını sağaldır.
– Sidik kanalında yaranan iltihab və infeksiyaların sağalmasına fayda verir.
– Xroniki baş ağrısı yaşayanların ağrılarını dindirməyə yardımçı olur.
– Tənəffüs yolları problemləri olanların nəfəsini aır, tənəffüs darlığı və burun tıxanıqlığını aradan qaldırır.
– Diqqət dağınıqlığı, fokuslanmada çətinlik yaşayanlar çay və tüstüsündən istifadə edə bilər.
– Bəlğəmqovucudur.
– Qadınlarda mensturasiya dövrünün rahat keçməsini təmin edir.
– Hormonları balanslaşdırır. Serotoninin miqdarını çoxaldaraq sinir sisteminə yardımçı olur.
İstifadə üsulları
Çay formasında: 1 fincan isti suya 1 ovuc üzərlik ataraq 5 dəqiqə gözləyin. İçməli hala gəldikdə süzərək qəbul edin. Otun təzəliyindən əmin olun.
Tüstü formasında: dərin qabın içində yandıraraq tüstüsünü evdə gəzdirin və ya qoxlayın.
Balla qarışığı: kətan toxumu, bal və üzərliyi qarışdırıb gündə 1 qaşıq yeyin. Astma xəstələrinin sağalmasına köməkçi olur.