bədənə qulluq

 

Xolesterol damarlarda toplanan və onları tıxayan bir yağdır.
“Xolesterol dieti necə edilər?” məqaləmizdə xolesterolu salan pəhriz siyahısına yer verdik.
Xolesterol ürəyə gedən oksigeni azalda və  hətta tamamilə dayandıra bilər. Bu səbəblə yüksək xolesterol infarkt riski ilə birbaşa əlaqəlidir. Xolestrol LDL “pis” xolesterol və “yaxşı” xolesterol olan HDL şəklində ikiyə ayrılır. Bu  diyetdə məqsədimiz ASLPi salan qidalarla bəslənib, HDL-nin yüksəldən qidalar istehlak etmənizi təmin etməkdir.
Alma, banan, böyürtkən, portağal, qreypfrut, şaftalı, armud, ərik və quru ərik kimi meyvələr bu diyetdə üstünlük təşkil edir.
Bundan başqa qara lobya, sarı, yaşıl və narıncı mərcimək,  noxud və bişmiş brokoli kələmi və kök bu diyetin tərkib hissəsidir.

Çərəzlər

Qoz yüksək xolesterolu salmaq istəyənlər üçün bir qidadır.
Çoxlu doymamış yağ turşularına bol miqdarda malikdir və xolesterolun salınmasında
olduqca təsirlidir. Damarlarınızın sağlam və elastik olmasına köməkçi olur.
Qozla eyni təsiri göstərən  badam, fındıq, yer fındığıdır.
Ancaq gündə 1 ovuc fındığı (42 qramı) aşmamalıdır.

Zeytun yağı

Zeytun yağı və kanola yağı ürək dostu yağlardandır.
Antioksidan zəngini olan zeytun yağı pis xolesterolu düşürür, yaxşı xolestrolü yüksəldir.
Gündə ən çox 2 xörək qaşığı qəbul  edilə bilər. Salatlarınıza əlavə edə, yeməklərinizə qata bilərsiniz.

Uzaq dayanılması lazım olan qidalar

Kərə yağı qaynağı qızarmış yeməklər olan hamburger, cips, xəmir xörəkləri xolesterolu olanların uzaq dayanması lazım olan gıdalardandır.
Xolesterolu yüksəldən yeməklər arasında ət, yumurta sarısı və süd məhsulları da sayıla bilər.

Xolesterol diyeti gündəlik menyu

Nahar

Bal, alma və yulaf əzməsindən  ibarət menyu
Vəsaitlər

2 yemək qaşığı yulaf əzməsi
Yarım su stəkanı su
1 doğranmış alma
Təxminən bir stəkan yağsız süd
1 çay qaşığı bal

Yulaf, su və südü bir qazanda qarışdırın, qaynayana qədər bişirin.
Bişdiyində (təxminən 5 dəqiqə ) içinə bal və almanı əlavə  edin.

Balıq

Balıq yüksək miqdarda Omeqa-3 tərkiblidir, beləcə pis xolesterolu düşürür, ayrıca yüksək qan təzyiqini salma, qan laxtalanmasının qarşısını alır, ürək sağlğınızı qoruyur. Həftəlik bəslənmənizdə balıq şübhəsiz yer alsın.
Sobada və ya qızartma balığı seçim etməlisiniz.

Nahar Yeməyi

Somon balığı, pomidor və salatdan ibarət menyu
100 qram qızıl balığı
Tam taxıllı çörək 1 dilim
1 su stəkanı salat yarpaqları
Dilimlənmiş 1 böyük pomidor,
1 su stəkanı dilimlənmiş  bibər
Limon suyu və qara bibər
Salat 1 kasa
1 yemək qaşığı zeytun yağı

Axşam Yeməyi

menyu: Qızarmış toyuq sinəsi, tərəvəz və düyü
Vəsaitlər
3 yemək qaşığı əsmər düyü
100 qram sümüksüz, dərisiz toyuq sinəsi
Tərəvəz yeməyi üçün;
1 diş doğranmış sarımsaq
1 yemək qaşığı zeytun yağı
1 ədəd dilimlənmiş qırmızı  bibər
1 yemək qaşığı soya sousu
1 kiçik qırmızı soğan
1 su stəkanı göbələk

Toyuq və tərəvəzlər .
Teflon tavaya zeytun yağı qoyub, vam istilikdə içinə sarımsaq əlavə edilir.
Bir dəqiqə sonra toyuğu əlavə edilir və 3-4 dəqiqə yüksək istilikdə bişirilir.
Soya sousu və tərəvəzlər də əlavə edilir və  tərəvəzlər yumşalana qədər bişirilir.

Əvvəlki məqaləBədənimiz haqda maraqlı faktlar
Növbəti məqalədəÜtü seçərkən nələrə diqqət etmək lazımdır?