Əvvəlki yazılarımızda sizə detoksa aid bəzi faydalı reseptlər, məlumatlar paylaşmışdıq. Bu dəfə yay qabağı sizə FitBite ilə birlikdə bədəninizi öyrəşdiyi rejimdən çıxarmaqla şok effekti yaradaraq həzm sistemini təmizləmək, toksinlərdən azad etmək üçün detoks pəhrizini təqdim edirik. Bu pəhriz həzm sistemini təmizləmək üçün vacibdir. Seçdiyiniz pəhriz menyusunu iki gündən artıq olmamaq şərtilə etmək daha məqsədə uyğundur.

Birinci gün

  • Kəsmik – 300 qr
  • Alma – 2 ədəd
  • Təbii bal – 100 qr
  • Qoz ləpəsi – 10 ədəd

4 günlük detoks

Gün ərzində bəyəndiyiniz kombinasiyada bu qidanı qəbul edirsiniz. Bu məhsulları 5 qida qəbuluna bölərək qəbul edirisiniz.

Məsələn, səhər 1 alma və 50 qr kəsmik, naharda 50 qr bal, 3 qoz ləpəsi və 100 qr kəsmik, axşam yeməyinə 1 alma və 5 qoz ləpəsi ilə bir qaşıq bal, digər qidaları isə ara qəlyənaltısı olaraq qəbul edə bilərsiniz.

İkinci gün

  • Mal əti (toyuq əti) – 200 qr
  • Tərəvəz (kələm, kök, pomidor, xiyar,badımcan və s.) – 300 qr

4 günlük detoks

Gün ərzində əti qaynadıb soyutma edirsiniz, tərəvəzləri isə istəyə görə buxarda bişirə bilərsiniz (qaynada bilərsiniz) və ya təzə-təzə qəbul edə bilərsiniz. Bu məhsulları 5 qida qəbuluna bölərək qəbul edirirsiniz.

Üçüncü gün

  • Yumurta – 2 ədəd
  • Xiyar – 1 kq
  • Cəfəri – 1 dəstə

4 günlük detoks

Yumurtanı soyutma edirsiniz, xiyarı isə təzə-təzə istifadə edirsiniz. Bu məhsulları 5 qida qəbuluna

bölərək qəbul edirisiniz.

Dördüncü gün

  • Yumurta – 1 ədəd
  • Xiyar – 0.5 kq
  • Pomidor – 1 ədəd
  • Qatıq – 1 litr

4 günlük detoks

Yumurtanı soyutma edirsiniz, xiyarı və pomidoru isə təzə-təzə istifadə edirsiniz. İstəyə görə, qatığa su qataraq ayran etmək olar. Bu məhsulları 5 qida qəbuluna bölərək qəbul edirsiz.

 

 

Mənbə: FOXY.AZ elektron qadın jurnalı

 

Əvvəlki məqaləXiyar pəhriziylə yayın ən fiti siz olun
Növbəti məqalədəYaya fit girmək üçün detoks suları və smuzilər