hamiləlik Hamiləlikdə fol turşusu qəbul edilməsə, dünyaya gələcək körpənin sağlamlıq problemləri ola bilər. Türkiyəli ginekoloq Nazlı Salihoğlu bildirib ki, bütün hamilə qadınlara fol turşusu istifadə etmək birmənalı olaraq tövsiyə edilir.
Fol turşusu B vitamininin törəməsidir. Folat kimi tanınan B9 vitaminidir. Ana olmaq planlaşdıran, hamilə qalmaq istəyən qadınlar hamiləliyin baş verməsindən 46 həftə əvvəl fol turşusu qəbul etsələr daha yaxşı olar. Çünki ilk 4 həftədə fol turşusundan istifadə körpəmizin beyin və onurğa beyni inkişafına dəstək verir. Hamiləlik baş verərsə, ilk 12 həftədə fol turşusundan istifadə etmək lazımdır.
Fol turşusunun zəngin olduğu qidalar:
Bol taxıl və yaşıl yarpaqlı tərəvəzlər
Fol turşusunun taxıllarda və yaşıl yarpaqlı tərəvəzlərdə bol olduğunu bildirən, ən çox mərcimək, quru lobya, dənli bitkilər, avokado, brokoli və yaşıl yarpaqlı tərəvəzlərdə olduğunu qeyd edib. Odur ki, gələcək analarımıza bu növ tərəvəzləri bol-bol istehlak etmələrini tövsiyə edirik. Fol turşusu istifadə edilmədikdə, sinir borusu defekti dediyimiz spina bifida, körpənin onurğasında deşik və beyin onurğasında kisə ilə doğulan körpələr və ya anensefali dediyimiz beyin inkişafı olmayan körpələr doğulur.
Fol turşusu qəbul edilmədikdə çox ciddi problemlərin yarana bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hamiləlik zamanı mütləq ehtiyac duyulan 2 vitamin var.  Bunlardan biri fol turşusu, digəri isə dəmirdir. Biz əslində gündəlik qida qəbulumuzda fol turşusunu alırıq, lakin fol turşusunun dəyişdirilməsini tövsiyə edirik, çünki hamiləlik zamanı buna ehtiyac artır. Fol turşusunun artıq olmasının heç bir zərəri sübut olunmayıb, lakin onun çatışmazlığında çox ciddi problemlər yaranır. Məhz buna görə də Ümumdünya Səhiyyə Təşkilatı və Səhiyyə Nazirliyimiz tövsiyə edir ki, gələcək analar hamiləliyi planlaşdırarkən ilk 46 həftə ərzində fol turşusu qəbul etsinlər, hamiləlik baş verdikdən sonra isə ilk 3 ay ərzində fol turşusu istifadə etmək lazımdır.

Əvvəlki məqaləTaxma dırnaqları necə çıxarmaq olar?
Növbəti məqalədəYenidoğulmuşların gülüşünün sirri