meyvəli çay

 1. Alma Çayı

Tərkibi

     4 xörək qaşığı qurudulmuş və xırdalanmış alma
1 xörək qaşığı qurudulmuş portağal qabığı
1 çay qaşığı qurudulmuş limon qabığı
1 xörək qaşığı itburnu meyvəsi
1 çay qaşığı bal
4 su stəkanı su

 Hazırlanması

Alma, portağal qabığı, limon qabığı itburnunu meyvəsini böyük bir qazana ya da çaydana tökün. Üzərinə 4 su stəkanı su əlavə edib bir az qaynadın. Ocaqdan götürüb 2-3 dəq. dəmə qoyun. Çayı süzərək içinə bal əlavə edin fincanlara paylaşdırın. İstəyə görə alma dilimləri ilə bəzəyərək isti-isti servis edin.

2. Qreypfrut Çayı

  Tərkibi

     5 qreypfrut
Yarım su stəkanı su
2 xörək qaşığı bal
1 çubuq darçın
3 ədəd qurudulmuş novruzgülü


 Hazırlanması

Greyfurtları ortadan ikiyə kəsib sitrus meyvələri sıxacacı ilə suyunu çıxarın qaynadacağınız qaba tökün. İki yemək qaşığı bal, yeni bahar, çubuq darçın yarım su stəkanı suyu əlavə edib orta dərəcədə qaynadın. Hazırladığınız qreypfrut çayını süzərək fincanlara paylaşdırın. İstəyə görə qreypfrut dilimləri çubuq darçın ilə isti olaraq servis edin.

 3. Portağal Qabığı Çayı

Tərkibi

4 yasəmən çiçəyi tumurcuğu
4 mixək
1 xörək qaşığı qurudulmuş portağal qabığı
4 su stəkanı isti su
1 çay qaşığı bal


 Hazırlanması

Su, mixək portağal qabığını orta dərəcəli odda 5 dəqiqə qaynadın. Ocaqdan götürüb 3 dəqiqə dəmə qoyun süzün. Bal əlavə edib qarışdırın.Yasəmən çiçəyi tumurcuğunu dəmliyə ya da fincanlara qoyub isti suyu üzərinə əlavə edin çiçək tamamilə açana qədər gözlədin, açdıqdan sonra isti-isti servis edin.

Qeyd: Bütün bu meyvə çayları immunitet sisteminizin güclənməsi və ümumi sağlamlığınız üçün çox faydalıdır…
Əvvəlki məqaləKörpələr – mənə görə xoşbəxtlikdir!
Növbəti məqalədəSeksuallığın 10 sirri