qadın

Ev – insan bədəni ilə ruhunun bu dünyada sığındığı bir məkandır. İnsan həmişə yaşlansa da yuxularında ata evini görür, onu arzulayır, gəzir və deyilənə görə, ölüm anında da beynindən keçən kadrların çoxu o evlə bağlı olur. Niyə? Çünki çox xoş xatirələri o evin divarları arasında baş verib.
 
Evin olması özünəməxsus yuva, energetik bağlı bir ocağın olması deməkdir.
Ev xüsusilə günün çoxunu evdə keçirən, kişilər kimi çöllərə adaptasiya olmayan və ən əsası uşaq böyüdən qadın üçün güc mənbəyidir.
Kimin ki, şəxsi evi – fərqi yoxdur, daxma olsa belə yoxdursa, o insanın ruhu ilə bədəninin energetik balansı pozulmuş olur.
Mənim evim yoxdur dedikdə, insan maddi imkansızlığını qabartmır, öz evinin olması hissinin olmadığını önə çəkir. Bu hiss isə uğurlu həyat, sağlamlıq üçün çox vacibdir.
Əgər bir qadının öz evi, mətbəxi, o evdə öz küncü yoxdursa, o qadın aqressiv, daim enerjisi az olur, insan xəstələnir, daxili harmoniyası pozulur. Belə insan sanki öz həyatını yaşamır, çox şeyləri təxirə salır, gözləmə mövqeyinə çəkilir. Bəzən insan niyə belə etdiyini anlamır.
Evə qalanda qaynana, qaynata evi var, ora gəlin gəlib və yaxud kirayədə qalır, şəraiti yaxşıdır, və ya geri qayıtsa atasının evi var. İlk baxışdan ev problemi yoxdur, başının üstündə damı var, lakin bu evlər onun öz yuvam, ocağım tələbatını, hissini doldurmur.
Ev – elə bir yerdir ki, orda özünü tam rahat, təhlükəsiz, komfortlu hiss edib, orda güc yığıb, yeni ideyalara ruhlanasan.
Mən evimdəyəm. Ruh bədənlə yalnız öz evində rahat ola bilər.
Ruhi, fiziki yaralar ancaq öz evində tez sağalır.
Əgər ev qadının öz evidirsə, ordan heç yerə getmək istəməz, hara getsə də, ora qayıtmaq istəyər, başqa yerdə narahat yatar, yerinə qayıtmaq istəyər.
Əgər ailə qurmuş qadının yaşadığı ev öz istədiyi, qurduğu, öz ailəsinə məxsus ev deyilsə, orda enerji yenilənməsi baş verməyəcək.
Çünki qaynana evində ocağın sahibi artıq başqa qadındır, o evlə bağlı onun arzuları, enerjisi üstündür.
Kirayə evdə isə güvən yoxdur, sən qonaqsan və ya kimin üçünsə gəlir mənbəyisən.
Belə olan halda qadın öz enerjisini o evə hopdura bilmir, ər və uşaqlar hərə bir yerə energetik olaraq çəkilir, o evə yatandan yatana qayıdırlar.
Elə evi təmir etmək həvəsi olmur, təzə nəsə almaq istəmir, gözləyir. Bu gözlənti müddətində isə qadının hazırladığı yeməklər neqativ enerjili olacaq, qadın ərinə və uşaqlarına daim hirsli davranacaq, o evdə yuxular da ağır olacaq. Qadın baxımsız olacaq, mübahisə, davalar qaçılmazdır.
İnsanın ömrünün yarısı evdə keçir.
Yaşadığın ev necədirsə, həyatın, işin, uğurun, səhhətin də elədir.
Əvvəlki məqaləQadın intim gigiyenasının vacib sirləri
Növbəti məqalədəGeni dəyişdirilmiş qadınlar