qadın

Erkən və orta əsrlərdə insanların dəhşətli antisanitariya şəraitində yaşadığı yəqin ki, çoxunuza məlumdur. Qəribədir, amma o dövrün həyat şərtlərini nəzərə alsaq, onların yaşayış tərzi başa düşüləndir. Axı, o illərdə yaşayan insanlar sivilizasiyanın bu günki nemətlərindəm məhrum idi…

Rokoko dövrünün qəribə geyimləri və XIX əsrin romantik qəhrəmanları altında hansı gigiyenik problemlərin gizləndiyi çox az adama məlumdur.

O dövrün məlahətli gözəlləri sivilizasiyanın bizə bəxş etdiyi nemətlərindən xəbərsiz idi. Onların gündəlik həyatda adi gigiyenik məsələlərdə hansı problemlərlə üzləşdiyini təsəvvür etmək belə dəhşətlidir… Məsələn, 150-200 il əvvəl tər qoxusunun öhdəsindən gəlmək asan deyildi, intim yerlərinin mütəmadi təmizliyi isə sonsuzluq səbəbi hesab edilirdi!

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Köpüklü vannadan zövq almaq ötən əsrin qadınlarının ağlına belə gəlməzdi. Yeri gəlmişkən, çoxu heç vannaya girməyə də razılaşmırdı. Hesab edilirdi ki, tez-tez çimmək sağlamlığına ziyandır. Bu baxımdan avropalılar kranda könülsüz yuyunmağa üstünlük verirdi. Onlar elə düşünürdülər ki, su dəri məsamələrinə daxil olaraq infeksiya yaradır, immuniteti zəiflədir və nəticədə vərəmə gətirib çıxarır. Bu da həkimlərə öz xəstələrini daim dilə tutmaq bahasına başa gəlirdi. Məsələn, Fridrix Bilç XIX sonunda “Yeni təbii müalicə” kitabında almanlara belə nəsihətlər verirdi: “Uşaqlıqdan sudan qorxan, çayda və ya vannada çimməyə cəsarət etməyən insanlar var. Lakin bu, qorxu əsassızdır. Beş, ya altı dəfə çimdikdən sonra suya öyrəşmək olar”.

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Hətta XV əsrdə padşahlar ömür boyu yalnız bir dəfə çimirdi. İzabella da yalnız iki dəfə yuyunduğunu etiraf edib: toydan əvvəl də doğulanda. ХIV Lüdoviki həkimlər çimməyə məcbur edib, amma su onu vahiməyə salmış və o, bununla bir daha məşğul olmamağa and içir.

ХVIII əsrin sonlarına qədər yalnız əllər və ağzın yuxarı hissəsi yaxalanırdı. Doktorlar üzün hər tərəfini mütəmadi olaraq yumağı məsləhət görmürdülər, hesab edirdilər ki, bu, soyuqdəyməyə səbəb ola və ya gözləri kor edə bilər. Amma XIX əsrdə həkimlərin səyləri nəticəsində xəstələrin vanna qəbul etməsi normal hal almışdı. Vanna duzlu, isti və ya soyuq, eləcə də duzlu dəqiqələrə görə tənzimlənirdi.

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Əvəzində ətirli ot cövhərləri çox populyar idi. Yeri gəlmişkən, XIV Lüdovikin zamanında ətirlər kralın göstərişinə həvalə olunub. Ətirsiz saray həyətinə gəlmək qadağan idi, çimməyən aristokratları isə ətirlərdə “boğmaq” lazım gəlirdi.

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

On doqquzuncu əsrin ortalarında müəyyən bakteriyaların xəstəliklərin inkişafında rolu və zərərləri aşkar olandan sonra mütəmadi olaraq yuyunmaq kütləvi xarakter almağa başladı. Bununla belə XX əsrin əvvəllərinə qədər qadınlara intim bölgələri yumaq tövsiyə edilmirdi.

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Çimməkdən daha betəri isə kitablar idi. Həkimlər deyirdilər ki, mütaliə, zehni fəaliyyət və s. bu kimi hallar qadınların kritik günlərdə xüsusilə təhlükəlidir. Menstruasiya dövründə kitab oxumaq həddindən artıq gərginlik yaradır, həm də sağlamlıq üçün təhlükəlidir. Nə qədər qəribə olsa da, kəskin qoxulu ətirlər, bədəni sıxan korsetlər zərərli olsa da, onlar heç vaxt qadağan edilməyib…

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Tər iyi ilə mübarizə üsulunu yalnız 1888-ci ildə fikirləşib tapıblar və ilk dezodorantı elə həmin il buraxıblar. Lakin onlar elə də effektli deyil. Bu gün hamımız istifadə etdiyi antiperspirantlar isə 1903-cu ildə istehsal olunmağa başlanıb.

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

XVIII əsrdə dəbə daxil olan nəhəng saç düzümləri yığmaq çox zəhmətli idi. Dəbdəbəli saç düzümlərini peşəkar saç ustaları, özü də bir neçə saata yığırdılar. Gözəllər qülləyə oxşayan saç düzümlərində doyunca gəzmək üçün həftələrlə, hətta aylarla saçını dağıtmadan yatırdı. Hə, təəccüblü deyil ki, bu “sənət əsərləri” bit-birələrin, siçanların sevimli yuvasına dönmüşdü. İş o yerə çatmışdı ki, fransız krallarından birinin qızının ölümünə elə öz bit-birələri səbəb olub. Orta əsrlərdə ispanlar bit-birələrə qarşı saçlarına sarımsaq sürtürdülər.

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Məlum məsələdir ki, bitlərin hücumuna məruz qalan baş qaşınır. O dövrün “istedadları” bunun da həllini tapmışdı. Belə ki, kübar xanımların başını rahat-rahat qaşıya bilməsi üçün başını üçün xüsusi çubuq hazırlanırdı. Saçı yumaq vaxtı gələndə isə sabundan söhbət belə gedə bilməzdi. Şampun əvəzi müxtəlif vasitələrdən istifadə ediblər: kül, xardal və sair. Saçları sağlam və parlaq etməyə imkan verən şampunlar isə yalnız XIX sonunda satışa buraxılıb. XIX əsrdə isə qadın gözəlliyinin zəruri elementi sayılan müxtəlif növ sabunlar buraxıldı.

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Elə o dövrlərdə bit-birələrin ipək parçada hərəkət edə bilmədiyi məlum olur. Alt paltarlarını ipəkdən tikməklə orta əsrin adamları bu problemi nisbətən həll edir. Belə paltarlar varlı xanımlara zəhlətökən həşəratlardan özünü qorumağa kömək edirdi. 1920-cı illərə qədər xüsusi ilə adlı-sanlı qadınlar qapalı geyimlərə üstünlük verirdi. Ona görə də o dövrün qadınları bədən tüklərini təmizləməyə ehtiyac duymurdu.

Təbii ki, menstruasiya dövrləri üçün nəzərdə tutulmuş heç bir hazır gigiyenik vasitələri satışda olmayıb.

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

Orta əsrlərdə Avropada tualet kağızından söhbət gedə bilməzdi. Çində isə onu hələ VI əsrdə buraxmağa başlayıblar! Səlnamələrə görə, 1391-ci ildə xüsusi olaraq imperator və onun sarayı üçün təxminən 750 000 ədəd bu gigiyenik vasitə hazırlanıb. Avropalılar isə onunla 1857-ci ildə alman sahibkar sayəsində tanış olub. Müasir tualet kağızı rulonları isə 1890-cu ildə ABŞ-da istehsal olunub. Bu günə qədər tualet kağızı kimi, əsasən köhnə qəzet vərəqlərindən istifadə ediblər.

Qadın gigiyenası haqqında ŞOK FAKTLAR - FOTOLAR

O dövrlərdə gözəl qalmaq həqiqətən çətin idi…

Əvvəlki məqaləQadınlar, 30 yaşına kimi bunları öyrənməlisiz!
Növbəti məqalədəBrilyant haqqında bilmədiklərimiz – FOTOLAR