münasibətQadınlar və kişilər bir-birlərindən nə istəyirlər?
Nə qadınlar kişiləri anlayır, nə kişilər qadınları … Bu günə qədər hər iki cinsdə bundan şikayətçiydir. Buna görədə  araşdırmalar başladı və edilən anketlər nəticəsində bir çox suallara cavab tapılıbdır. Ailə Sağlamlığı Araşdırma Dərnəyinin araşdırması, sizə köməkçi olacaqdır … 
– Kişilərin yüzdə 82-si uzunmüddətli münasibətlər qurmaq istədiyi qadında xarici görünüşə əhəmiyyət verir. Bu nisbət qadında yüzdə 40-dır.
– Lakin qadın üçün ən əhəmiyyətli mövzu bədən uyğunlaşmasıdır. Qadınların haradasa yüzdə 70-i bədən uyğunlaşmasını axtarırlar. Bu nisbət kişilərdə yüzdə 30-dur.

– İştirakçıların təxminən yüzdə 60-ı eşqi, sədaqəti, etibarlılığı, birlikdə olacaqları adamın xoşbəxt, dinc və problemsiz olmasını əhəmiyyət verirlər. Bu xüsusiyyətlər, iki cins üçün də az qala bərabər dərəcədə əhəmiyyətlidir.

 

– “Qarşı cinslə əlaqələrinizi düşündüyünüzdə, özünüzü necə hiss edirsiniz?” sualının cavablarına baxdığımızda, qadınlar baxımından mənfi bir tablo çıxır qarşımıza.
– Kişilərin təxminən yüzdə 60-ı qadınlarla əlaqələrində özünü xoşbəxt və təmin olmuş hiss edirlər.Bu nisbət qadında yüzdə 40-dır.
– Kişilərin yüzdə 50i, bu mövzuda maraqlı, istəkli, həyəcanlı,  müvəffəqiyyətli hiss edərkən; bu hissləri paylaşan qadınların nisbəti kişilərin yarısı qədər, yüzdə 25dir.
– Kişilərin yüzdə 40-ı, qadınların isə yüzdə 30-u özünü qarşı cinsə görə daha güclü və üstün hiss edirlər.
– Buna qarşı, qadınların yüzdə 30-u cinsi baxımdan çox təcrübəli və axtarış içində olmayan kişini seçirlər.

-Ayrıca kişilərin yüzdə 32-i, uzunmüddətli münasibətlər quracağı insanın bakirə olmasını istəyir.Bəkarət, kişinin qadında axtardığı bir xüsusiyyətdir.

 

Əvvəlki məqaləKökəlmək istəyənlər oxusun!
Növbəti məqalədəUşaqlarda lazımsız vərdişlər