Qarpız – yayda ən yaxşı sərinləşdiricidir. Bir çox aşpazlar salatlarının tərkibinə qarpız əlavə edirək dadlı yay salatları hazırlayırlar. Sizin üçün 3 qarpızla asanlıqla hazırlana bilən salat resepti paylaşırıq.
Xiyar ilə qarpız salatı
Tərkibi
Doğranmış qarpız – 250 qr
Xiyar – 1 ədəd
Duru yağ – 2 çay qaşığı
Limon suyu – 1 çay qaşığı
Duz, istiot – zövqə görə
Nanə budağı- zövqə görə
Hazırlanması
Qarpızı kub şəklində doğrayırıq. Xiyarın qabığını soyub xırda doğradıqdan sonra üzərinə yağ və limon suyu əlavə edirik. Ən sonda zövqə görə nanə budaqları əlavə edə bilərsiniz.
Feta pendiri və reyhan ilə qarpız salatı
Tərkibi
Orta ölçülü qarpız – 1 ədəd
Feta pendiri – 200 qr
Reyhan
Zeytun yağı – 3 xörək qaşığı
Üzüm sirkəsi – 3 xörək qaşığı
Qırmızı soğan – 1 ədəd
Hazırlanması
Qarpızı üçbucaq formada doğrayırıq. Pendiri nazik dilimlərə bölürük. Boşqaba qarpızları və feta pendirlərini yığırıq. Üzərinə soğanı yumru şəkildə doğrayırıq. Yağı və sirkəni əlavə edirik. Reyhan ilə bəzəyirik.
Qurmanlar tövsiyyə edir ki, qırmızı şərabla dostlarınızı qonaq edə bilərsiniz.
Ananasla qarpız salatı
Ananas – 500 qr
Qarpız – 500 qr
Soğan – 1 ədəd
Laym soku – 2 çay qaşığı
Duru yağ – 2 çay qaşığı
Duz – zövqə görə
Doğranmış keşniş – 100 qr
Hazırlanması
Qarpız və ananas soyuducuda saxlandıqdan sonra kub şəklində doğranır. Soğan doğranılır və üzərinə keşnik, yağ, laym soku və duz əlavə edilir. Hazırlanan kimi dərhal süfrəyə verilməlidir.
Nuş olsun!
Mənbə: FOXY.AZ elektron qadın jurnalı