“Sevgi nədir?” sualına hərə bir cür aydınlıq gətirməyə çalışıb. Elə buna görədir ki, məşhur şairlər şeirlərində, yazarlar romanlarında adətən bu sualın cavabını tapmağa çalışıb, ən çox baxılan filmlərin mövzusu da elə sevgi olub.
Qədimdə dünyanın 7 möcüzəsindən biri hesab olunan Babilin Asma Bağları ilk məhəbbət abidəsi kimi tarixin yaddaşına yazılıb. Babil hökmdarı II Navuxodonosor bu bağları toz-torpaqlı Babildə öz vətəninin yamyaşıl təpələrinin, vadilərinin həsrətini çəkən sevimli arvadı Amitis üçün saldırıb.
Bir kişinin qadına olan sevgisinin rəmzinə çevrilən möhtəşəm Tac-Mahal
Sevdiyi qadınla evlənmək üçün öz kilsəsini yaradan kral
İngiltərə kralı VIII Henri mərhum qardaşının vəsiyyətinə uyğun olaraq onun arvadı araqonlu Ketrinlə evlənir. Onun bu nikahdan 6 övladı olsa da, yalnız biri sağ qalır. Anna Boleynə vurulan kral oğlan övladı bəhanəsi ilə Ketrindən boşanmaq qərarına gəlir. Bu istəyini katolik kilsəsinə bildirdikdən sonra Anna ona kiçik bir hədiyyə göndərir. Bu hədiyyə balaca qızıl gəmi və almazdan düzəldilmiş qadın idi. Gəmi müdafiə, almaz isə sevgi rəmzidir. Krala məktubunda isə Anna ona öz sevgisini söz vermiş və onun qanuni həyat yoldaşı olmağa razılığını bildirmişdi. Katolik kilsəsinin qaydasına görə boşanmaq haqda icazəni yalnız Papa verə bilərdi. Papa isə İspaniya ilə əlaqələri pozmaq istəmədiyinə görə onları boşamır.
VIII Eduard və Uollis Simpson İngiltərədə ən çox müzakirə edilən cütlüklərdən biri olub. Atasının ölümündən sonra 1936-cı ilin yanvarında taxta oturan Eduard bu məsələdə çox istəksiz olub. Daha sonra Uollis Simpson adlı bir qadına aşiq olan kral onunla evlənmək istəyir. Ancaq qadının amerikalı və üstəlik boşanmaq üzrə olması bütün xalqın və kral ailəsinin narazılığına səbəb olur. Bütün bunlara baxmayaraq, sevgisindən vaz keçməyən Eduard “Tacınız sizin olsun” deyib, taxtdan imtina edir və həmin qadınla evlənir. “Sevdiyim qadının köməyi və dəstəyi olmadan kral vəzifələrini icra edə bilmərəm” deyən Eduard bizə bəzi qaydalara qarşı çıxaraq Meqan Marklla evlənən və təzəlikcə kral ailəsinə məxsus imtiyazlardan imtina edən Şahzadə Harrini xatırladır.
«Dünya durduqca bu bulaq də mənim kimi ağlasın» deyərək “Göz yaşı” bulağını tikdirən xan