sevgiUzaq qaçılması lazım olan kişilər

Ailə qurmaq istədiyiniz zaman bir çox fərqli kişi tipləri qarşınıza çıxa bilər. “O zaman hansı ilə münasibət qurmalı, hansından uzaq durmalı?” kimi suallar sizi narahat edəcəkdir. Sizin xarakterinizə uyğun kişini  tapmaq üçün,  əlaqəniz bir çox sınaqlardan keçməlidir. Bu müddət, nə istədiyinizi anlamanız baxımından çox əhəmiyyətlidir. Daha sonra ailə problemləri yarandıqda, boşanmaya gətirən mübahisələrin yaranmaması üçün, öncədən tanıyıb ailə qurmaq lazımdır.

Kişilər, sizi ələ almaq  üçün , əvvəl özlərini ideal bir insan kimi apararlar, lakin zamanla gerçək üzləri ortaya çıxar. Bu vəziyyətlə qarşılaşdıqda, heç düşünmədən bu kişilərdən uzaqlaşmanızı tövsiyə edirik.

 

Bu 4 kişi tipindən daim uzaq qaçın :

Xəsis

İlk bir neçə görüşünüzdən sonra, pulqabısını əsla yanına almayan və bir dilim pizza da yesə , kinoya da getsəniz , romantik bir yeməyə də çıxsanız , hər zaman pulu sizə ödətməyə çalışan kişidən mütləq uzaq durun. Təbii ki, arada- sırada sevgilinizin hesabını ödəmənin bir problemi yoxdur, amma siz hər zaman pul ödəyən tərəf olursunuzsa, xəsis bir kişi ilə bərabərsiniz deməkdir. Bu kişi sizi istismar etmədən və ürəyinizi qırmadan , bu əlaqəni bitirmək sizin üçün ən doğru qərardır.

Tənbəl

Sevdiyiniz kişi, ilk görüşünüzdə , idealları və  planladığı layihələri haqqında danışaraq, sizə maraqlı və işgüzar kişi təsiri bağışlasa da , aylar keçməsinə baxmayaraq , video oyunu oynamaq, heç bir iş görməmək və divanda yatmaq xaricində bir şey etmirsə, bax burada çox böyük bir problem var deməkdir Tənbəl bir kişinin, iş tapmağa motivasiyası və heç niyyəti yoxdur .Bu vəziyyət uzun müddət  davam edirsə, kişi  iş mövzusunu heç açmır və iş axtarmaq üçün çox da həvəsli görünmürsə , bu əlaqəni bitirməli və bir an əvvəl ondan uzaqlaşmanızı tövsiyə edirik.

İş düşkünü

Tənbəl kişinin tam əksi olan bu kişi, möcüzə bir iş, yüksək bir qazanc və parlaq bir gələcəyə sahib olsa da, əsla sizə ayıracaq vaxtı yoxdur. Sizin yanınızdaykən də davamlı işdən danışar. Bahalı hədiyyələr və lüks restoranlarda yeyilən yeməklərlə sizə təsir etməyə çalışsa da, işlər ciddiləşməyə başlayınca, sizdən çox karierasına bağlanacaqdır. Əgər belə bir kişi ilə birlikdəsinizsə, hər zaman onun üçün ikinci planda olmağa alışmalısınız.Məncə ikinci planda olmağa heç bir qadın layiq deyil.

Böyümüş körpə

Bəzi kişilər əsla böyüməz. İlk başda çox cazibədar gələn bir kişi, əgər kafi yetkinliyə sahib deyilsə, bir müddət sonra çox narahat edici ola bilər. Bu kişinin tək istədiyi əylənməkdir ki, bu ilk başlarda əyləncəli gəlsə də, bu kişi birlikdə yaşamağa başlayınca, maliyyə, evlilik, ailə qurmaq , icarə kimi darıxdırıcı mövzular onu maraqlandırmayacaq, bu haqda nə danışmaq, nə də onları yaşamaq istəməyəcəkdir. Əgər uzun, davamlı və ciddi bir əlaqə istəyirsinizsə, bu kişi tipi heç sizə görə deyil deməkdir.

Əvvəlki məqaləUşaqlarda lazımsız vərdişlər
Növbəti məqalədəHıçqırığı keçirtmək üçün praktik təkliflər