Aparılan araşdırmalara görə, 60% qadın menustrasiyanı ağrılı keçirir. Menstruasiya zamanı gündəlik işlərimizi belə görə bilmirik. Bu şiddətli ağrıları bəzi qidalar və üsullarla azaltmağımız mümkündür:
– Hər şeydən əvvəl qarın bölgəsini isti saxlamaq lazımdır. Bunun üçün dəsmalı isidib gün ərzində qarnınızı isti saxlaya bilərsiniz.
– İsti içkilər ağrılarınızın yüngülləşdirəcək. Ağrılarınızı azaltmaq üçün bitki çayları için.
– Hər zaman olduğu kimi də menustrasiya vaxtı da qəlyanaltılara önəm verin.
– Alt qarın bölgənizi ovuc içi və barmaq uclarınızla dairəvi hərəkətlərlə masaj edin. Bu da ağrınızı azaldacaq.
– Uzandığınız zaman ayaqlarınızın yastıq qoyaraq dincəlin.
– Zəif tempdə yürüyüş ağrınızı azaldacaq. Mütəmadi idman artıq çəki ilə bərabər menustrasiya sancılarını azaldır.
– Menstruasiyadan qabaq sizi yoran hərəkətlər etməyin. Ağır və fiziki güc tələb edən işlər görməyin.
– E vitamini, Omega 3, kalsium və sink kimi minerallar menustrasiya sancılarını azaldır. Menustrasiya vaxtı və menustrasiyadan öncə bu vitaminlərdən bol qəbul edin. Bu da sancılarınızı azaldacaq.
Mənbə: FOXY.AZ elektron qadın jurnalı